Gürcüstanın baş naziri: “Rusiya ilə dialoqu davam etdirmək lazımdır”

Gürcüstanın baş naziri: “Rusiya ilə dialoqu davam etdirmək lazımdır”
# 16 aprel 2016 13:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İşğal edilmiş ərazilərin tanınmaması siyasəti dəyişməyəcək, lakin Rusiya ilə dialoqu davam etdirmək lazımdır”.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili yerli telekanalların nümayəndələri ilə görüşü zamanı deyib.

“Ölkəmizin suveren hüquqları ilə bağlı heç bir kompromisə getməməliyik, lakin Rusiya ilə problemlərin həlli istiqamətində danışıqlar aparmamaq da məntiqsizdir”, - deyə o vurğulayıb.

Beynəlxalq institutlar, eləcə də tərəfdaş ölkələrin iştirakı ilə yaradılmış beynəlxalq Cenevrə formatının gücləndirildiyini deyən G. Kvirikaşvili danışıqların son bir neçə raundunda müəyyən pozitiv tendensiyaların olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR