MM-in komitə sədri: “Azərbaycanda vətəndaş nikahlarının sayı artır”

MM-in komitə sədri: “Azərbaycanda vətəndaş nikahlarının sayı artır”
# 18 may 2016 11:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dünyada da, o cümlədən Azərbaycanda da təcavüz halları gizlədilir. Bu mentalitetlə bağlıdır. Təcavüzə məruz qalan qadınlar polisə müraciət etmək istəmirlər. Onlar, onların yaxınları hesab edir ki, bu problemi öz gücləri ilə aradan qaldıra bilərlər”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə qadınlara qarşı baş vermiş cinayətlərin statistikasının təkmilləşdirilməsinə ehtiyac var: “Biz hesabatları Milli Məclisdə dinləyirik. Lakin bəzi hesabatlardakı rəqəmlər fərqli olur. Eyni zamanda, qeyd etmək istərdim ki, polis şöbələrində kişilərlə birgə ailə daxili məsələlərlə məşğul olan qadınlar da çalışmalıdır. Zorakılığa məruz qalmış qadın gedib kişi polisə dərdini deyə bilmir”.

Millət vəkili qeyd edib ki, son vaxtlar ölkədə vətəndaş nikahlarının sayı artır: “Vətəndaş nikahı bu gün dəb halını alıb. Bu ümumiyyətlə, bizim mentalitetə uyğun gəlmir. Belə münasibətlərin nəticəsində qadın övladı ilə birlikdə evsiz-eşiksiz qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR