Şirvan polis şöbəsinə yeni rəis təyinatı olub

Şirvan polis şöbəsinə yeni rəis təyinatı olub
# 03 sentyabr 2016 09:23 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan polis şöbəsinə yeni rəis təyinatı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmrinə əsasən Bərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Məhəmməd oğlu Quliyev Şirvan şəhər Polis Şöbəsinin rəisi təyin olunub. H.Quliyev Daxili İşlər Nazirinin müvafiq əmri ilə bir müddət əvvəl Bərdə rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. (Bu gün Hikmət Quliyev Şirvan polis şöbəsinin şəxsi heyətinə təqdim edilib.)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR