Lənkəranda iki minik avtomobili toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb

Lənkəranda iki minik avtomobili toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb
# 16 may 2016 22:59 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 16-da axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "Daewoo" markalı, 10 PS 727 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107" markalı , 42 BT 994 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən “VAZ-2107”-nin sərnişinləri, Lənkəran şəhər sakinləri, 1971-ci il təvəllüdlü Fuad Rəhimov, 1978-ci il təvəllüdlü Sənubər Rəhimova, 1999-cu il təvəllüdlü Cəmil Rəhimli və 1994-cü il təvəllüdlü Teymur Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların bir ailənin üzvü olduğu bildirilir.

İlkin versiya kimi hadisənin "Daewoo" markalı minik avtomobilinin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən baş verdiyi göstərilir. Hazırda polis hadisə yerindən qaçmış sərxoş sürücünün saxlanılması istiqamətində tədbirlər görür.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR