SOCAR neft hasilatını 9% azaldıb

SOCAR neft hasilatını 9% azaldıb
# 20 may 2016 09:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayında SOCAR tərəfindən 624,5 min ton neft hasil edilib.


"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, 2015-ci ilin aprel ayı ilə müqayisədə 8,72% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 3,36% azaldıb.

Bu ilin yanvar-aprel aylarında isə SOCAR tərəfindən 2 mln. 522,7 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 8,45% azdır.


Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında isə 605 min ton, mart ayında isə 646,2 min ton neft hasil edilib.


Bu ilin aprel ayı ərzində ölkə üzrə 3 mln. 469,8 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,24% çoxdur. Bu ilin mart ayı ilə müqayisədə isə bu rəqəm 4,93% azdır.

Yanvar-aprel aylarında Azərbaycanda ümumilikdə 13 mln. 977 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 1,79% azdır.


Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 518,2 min ton, fevral ayında 3 mln. 339,3 min ton, mart ayında isə 3 mln. 649,7 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR