Bakı. Cavid Zeynallı – APA. Yuğ Dövlət Teatrında "Medeya. Sekvensiya 01” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşa Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlnıb. “Medeya. Sekvensiya 01” tamaşasında əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova iştirak edir. Tamaşanın quruluşçu rəssamı Umay Minnurdur.