Rusiyalı deputat Qaregin Njdeyə abidə qoyulmasına görə Ermənistana qarşı tədbir görülməsini tələb edir

Rusiyalı deputat Qaregin Njdeyə abidə qoyulmasına görə Ermənistana qarşı tədbir görülməsini tələb edir
# 10 iyun 2016 16:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya Dövlət Dumasının deputatı Maksim Şinqarkin Ermənistanda II Dünya müharibəsi zamanı Hitler Almaniyasının tərəfində döyüşmüş Qaregin Njdeyə abidə qoyulması ilə əlaqədar xarici işlər naziri Sergey Lavrova ünvanlanmış sorğu hazırlayıb.

APA-nın "vestikavkaza.ru" saytına istinadən verdiyi məlumata görə, M. Şinqarkin sorğusunda nasizmlə əlbir olmuş şəxslərin qəhrəmanlaşdırılmasının yolverilməzliyini xatırladaraq S. Lavrovdan Ermənistana qarşı diplomatik tədbirlər görülməsini tələb edir. “Bu kimi halların dost, qardaş Ermənistanda baş verməsini izləmək qəribədir ”, - deyə deputat bildirib.

Qeyd edək ki, bu ilin mayın 28-də, Ermənistanın Respublika Günündə, İrəvanda Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək səviyyəli şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR