Saxalində nakotik satışı ilə məşğul olan azərbacanlılar tutulub

Saxalində nakotik satışı ilə məşğul olan azərbacanlılar tutulub
# 08 dekabr 2015 06:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Yujno-Saxalinsk şəhərində narkotik vasitələrin tədarükü və satışı ilə məşğul olan azərbaycanlılar saxlanılıb.

APA-nın Saxalin Vilayəti üzrə Narkotik Vasitələrin Dövriyyəsinə Nəzarət İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şübhəli şəxslərdən biri Saxalin vilayətindəki bir neçə şəxslə narkotik alveri barədə danışıqlara girib və Saxalin adasına həşiş gətirib. Operativ-axtarış tədbirləri nəticəsində razılaşmanın üstü açılıb. Adaya gələn azərbaycanlı və onun tərəfdaşı saxlanılıb. Üzərlərindən 30 qr, meşə massivində gizli ərazidən isə təqribən 800 qr narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsləri 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR