Bu il Azərbaycanda yol-nəqliyyat hadisələrində ölən piyadaların sayı açıqlanıb

Bu il Azərbaycanda yol-nəqliyyat hadisələrində ölən piyadaların sayı açıqlanıb
# 10 oktyabr 2016 08:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu il Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu ilin 9 ayında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada ölüb, 495-i xəsarət alıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri ölənləri 41-i, xəsarət alanların 137-si uşaq və yeniyetmədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR