Ağdama düşən dolu kənd təsərrüfatına ciddi ziyan vurub

Ağdama düşən dolu kənd təsərrüfatına ciddi ziyan vurub
# 24 may 2016 13:32 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ötən gün Ağdama düşən dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon icra hakimiyyətinin nümayəndəsi Bəxşeyiş Əliyev bildirib ki, rayon icra hakimiyyətində yaradılan fövqəladə hallar komissiyası araşdırma aparır.

“Əfətli kəndində araşdırmalarımızı yekunlaşdırmaq üzrəyik. 1700 hektar əkin sahəsinin 800 hektarında dənli bitkilərə, 300 hektardan çox ərazidə bostan bitkilərinə, habelə 20 hektar pambıq sahəsinə, yonca və otlaq sahələrinə ziyan dəyib. Vurulan ziyanın həcmi hesablanacaq”.

Qeyd edək ki, Əfətli kəndinə ötən gecədən elektrik enerjinin verilməsi dayandırılıb. Hazırda müvafiq qurumlar təbii fəlakətin fəsadlarını aradan qaldırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR