Sumqayıtda ər arvadını öldürdükdən sonra intihara cəhd edib

Sumqayıtda ər arvadını öldürdükdən sonra intihara cəhd edib
# 19 may 2016 08:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR