Gəncədə 110 yaşlı seçici məntəqəyə gedərək səs verib - FOTO

Gəncədə 110 yaşlı seçici məntəqəyə gedərək səs verib - <span style="color: red;">FOTO
# 01 noyabr 2015 11:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin ən yaşlı seçicisi Milli Məclisə keçirilən seçkilərdə iştirak edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1905-ci il təvəllüdlü Zəhra Əhmədova Gəncə 38 saylı Nizami ikinci seçki dairəsinin 20 saylı seçki məntəqəsinə gələrək səs verib. Sağlamlığında ciddi problem olmayan, məntəqəyə piyada gələn Z. Əhmədova layiqli namizədə səs verdiyini deyib.

Məntəqə sədri Elenora Əsgərovanın sözlərinə görə, 110 yaşlı Zəhra Əhmədova hər seçkidə məntəqəyə gəlib səs verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR