Ötən ay BTC kəməri ilə neftin nəqli 1%-dən çox artıb

Ötən ay BTC kəməri ilə neftin nəqli 1%-dən çox artıb
# 05 noyabr 2015 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 512 min 281 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 1,24% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 mln. 110 min 452 ton neft ötürülüb. Bu, ötən 10 ayı ilə müqayisədə 0,88% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il noyabr ayının 1-ə qədər BTC-yə 287 mln. 935 min 149 ton neft vurulub.

Bundan başqa, bu ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 408 min 860 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR