İlin əvvəlindən Azərbaycanda 310-dan artıq çoxmərtəbəli bina qazlaşdırılıb

İlin əvvəlindən Azərbaycanda 310-dan artıq çoxmərtəbəli bina qazlaşdırılıb
# 06 oktyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda 314 çoxmərtəbəli binaya təbii qaz verib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz” bu ilin 9 ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 314 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 5 524 ailə yaşayır.

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR