Bakı. Mahir Məmmədli - APA. Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yolu keçmək istəyən piyada 31 yaşlı Tural İmanovu VAZ-21015 markalı avtomobil vurub. Avtomobilin sürücüsü piyadanı özü xəstəxanaya gətirib.
VAZ-21015 markalı avtomobilin sürücü izahatının alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir.