Türk Şurası baş katibi: “Bölgə ölkələri Rusiya və Türkiyə arasında gərginliyin olmasını istəmir”

Türk Şurası baş katibi: “Bölgə ölkələri Rusiya və Türkiyə arasında gərginliyin olmasını istəmir”
# 04 fevral 2016 06:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan və Qırğızıstan Türkiyə və Rusiya arasındakı böhranın sona çatmasını istəyir”.

APA-nın xəbərinə görə, bunu Qırğızıstanda səfərdə olan Türkdilli Ölkələrin Əməkdalıq Şurasının baş katibi Ramil Həsənov "Anadolu" agentliyi və TRT-yə açıqlamasında deyib.

“Türkiyə bizim üçün qardaş dövlətdir. Rusiya isə uzun illərdir əməkdaşlıq etdiyimiz ölkədir. Rusiya və Türkiyə arasındakı böhranın bu ölkələrə, eləcə də regiona faydası yoxdur. Regionda heç kim bu iki dövlət arasında gərginliyin olmasını istəmir. Baş nazirlər Türkiyə və Rusiya arasındakı böhranın aradan qalxmasını və münasibətlərin düzəlməsini istəyir”, - deyə baş katib əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR