“Şahdağ” Turizm Kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb

“Şahdağ” Turizm Kompleksi MDB  dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb
# 23 dekabr 2015 04:59 (UTC +04:00)

Bakı-APA. “Şahdağ” Qış-Yay Turizm Kompleksi MDB ölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb. APA-nın məlumatına görə, məşhur turizm xidməti Travel.ru “Forbes” ilə birlikdə yanvar ayı üçün MDB məkanı üzrə viza tələb olunmayan münasib (oteldə qalmaq haqqı, nahar, və s. xidmətlər nəzərə alınmaqla - Oktogo.ru saytının məlumatına əsasən) dağ-xizək kurortlarının TOP-10 reytinqini tərtib edib.

  1. Belokurixa (Altay, Rusiya) – 3200 rubl (adambaşına gündəlik xərc)
  2. Loqoysk (Minsk, Belarus) – 3400 rubl
  3. Zavyalixa (Çelyabinsk, Rusiya) – 3400 rubl
  4. Krasnaya sopka (Kamçatka, Rusiya) – 3400 rubl
  5. Qaragöl (Bişkek, Qırğızıstan) - 3500 rubl
  6. Çimqan (Taşkent, Özbəkistan) – 3500 rubl
  7. Şahdağ (Azərbaycan) – 3700 rubl
  8. Bukovel (Ukrayna) – 3800 rubl
  9. Bakuriani (Gürcüstan) – 4100 rubl
  10. Şımbulak (Qazaxıstan) – 4300 rubl

Şahdağ Turizm Mərkəzi adını Azərbaycanın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m hündürlükdə olan zirvəsi, Şahdağ zirvəsinin adından götürülüb. 2012-ci ildə istifadəyə verilib. Qusar şəhərinin 25 kilometrliyində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR