İnstitut direktoru: "Azərbaycanda müəllimlərin hazırlıq və peşəkarlıq səviyyəsi artırılmalıdır"

İnstitut direktoru: "Azərbaycanda müəllimlərin hazırlıq və peşəkarlıq səviyyəsi artırılmalıdır"
# 11 mart 2016 12:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda müəllimlərin hazırlıq və peşəkarlıq səviyyəsinin artırılması aktual olan məsələdir. Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov APA-ya açıqlamasında deyib ki, müəllim hazırlığı elə səviyyədə aparılmalıdır ki, pedaqoji profilli ali məktəbləri bitirənlər auditoriyaya girməyə hazır olsunlar, keyfiyyətli təhsil verə bilsinlər, təlim mühitini təlim texnologiyaları əsasında qura bilsinlər. Onun sözlərinə görə, bu gün ali məktəblərdə müəllim hazırlığı istiqamətində müəyyən işlər gedir: “Eyni zamanda, bu gün Azərbaycanda 150-160 min müəllim dərs deyir. Onlar əksəriyyəti 20-30 ildir işləyən müəllimlərdir. Nə etməliyik ki, onlar yeni innovasiyaları, təhsilin qarşısında duran yeni hədəfləri dərk etsinlər və özləri təlim prosesinə qoşulsunlar? Hazırda əlavə təhsil təhsilin məzmunu, müəllimlərin yeni innovasiya ilə hazırlanmasn ilə bağlı tədqiqatlar aparılır. Tədqiqatlar yalnız eksperimental əsasda, müəllimin iştirakı ilə auitoriyalarda həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR