Məzahir Pənahov AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi ilə görüşüb

Məzahir Pənahov AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi ilə görüşüb
# 07 aprel 2016 15:25 (UTC +04:00)

Bakı - APA. Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini deyib və seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

S. Şennak ölkədə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanıb. M. Pənahov Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi və vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün mütəmadi şəkildə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, bu layihələrin bir çoxu məhz nüfuzlu beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR