Londonda Azərbaycanın böyük dostu Fiona Maklaklanın xatirə gecəsi keçirilib - FOTOSESSİYA

Londonda Azərbaycanın böyük dostu Fiona Maklaklanın xatirə gecəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 noyabr 2015 14:15 (UTC +04:00)

Xeyriyyə konsertindən əldə olunan vəsait Böyük Britaniyada xərçəng xəstəliyi ilə bağlı tədqiqatlara sərf olunacaq

Bakı-APA. Londonda Müqəddəs Ceyms Kilsəsində Azərbaycanın böyük dostu, bir il əvvəl vəfat etmiş Fiona Maklaklanın xatirəsinə həsr olunmuş konsert keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, klassik musiqi gecəsi dirijor və violonçel ifaçısı Dmitri Yablonski, bəstəkar, pianoçu və musiqi pedaqoqu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin təqdimatında keçib. Hər iki musiqiçi hər il Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəridir. F. Bədəlbəyli və D. Yablonskinin F. Maklakla ilə dostluq münasibətləri olub.

Anım gecəsində israilli skripkaçı Janna Qandelmanın rəhbərliyi ilə ərəb və yəhudi gənc musiqiçilərdən ibarət kollektiv çıxış edib. Fionanın ailə üzvlərinin, Fiona və Azərbaycanın dostları da daxil olmaqla 300 nəfərin qatıldığı tədbiri (TEAS) təşkil edib. Konsertdən yığılan vəsait Böyük Britaniyada xərçəng xəstəliyi ilə bağlı tədqiqatlara sərf olunacaq.

Fionanın həyat yoldaşı və ölkəmizdəki əmək fəaliyyəti ilə əlaqədar onu 2004-cü ildə Azərbaycana gətirən Alastair Maklaklan Azərbaycan xalqının yüksək qonaqpərvərlik mədəniyyətini, onun ecazkar və əsrarəngiz təbiətini, əsrlərdən miras qalmış qədim mədəniyyətini heç zaman unutmayacağını dilə gətirib: “O, Azərbaycanın vurğunu idi. Fiona ildə azı iki dəfə Azərbaycanı ziyarət etməyi özünə borc sayardı. Azərbaycanı qarış-qarış gəzən Fiona Odlar Yurduna olan məhəbbətini qələmə alaraq, Britaniyanın müxtəlif media vasitələrində Azərbaycan həqiqətləri haqqında məqalələr çap etdirib, xüsusilə, “Visions of Azerbaijan” jurnalında onlarla məqaləsi işıq üzü görüb”.

TEAS-ın direktoru Lionel Zetter bildirib ki, Fiona Azərbaycan xalqına, onun qədim tarixinə, musiqisinə, incəsənətinə, təbiətinə, mətbəxinə valeh olub: “O, Azərbaycanın böyük müdafiəçisi və təbliğatçısı idi, Azərbaycanı doğma vətəni kimi sevirdi”.

D. Yablonski isə deyib ki, Fiona Azərbaycan haqqında çox məlumatlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR