Kürdəmir sakini dərmandan zəhərlənib

Kürdəmir sakini dərmandan zəhərlənib
# 30 aprel 2016 11:33 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayon sakini dərmandan zəhərlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Atakişili kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Nailə Habil qızı Süleymanova xəstələndiyi üçün eyni anda 5 ədəd dərman qəbul edib. Vəziyyəti getdikcə pisləşən N. Süleymanova kimyəvi zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ilkin müdaxiləsindən sonra xəstənin vəziyyəti nisbətən sabitləşib. O, öz istəyi ilə evə buraxılıb.

Həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR