Qubernator: "Həştərxanla Azərbaycan arasında bərə mübadiləsi bərpa oluna bilər"

Qubernator: "Həştərxanla Azərbaycan arasında bərə mübadiləsi bərpa oluna bilər"
# 06 aprel 2016 12:39 (UTC +04:00)

Bakı - APA-Economics. "Həştərxan vilayəti ilə Azərbaycan arasında bərə mübadiləsinin bərpa olunması planlaşdırılır".

"APA-Economics" xəbər verir ki, bu barədə lenta.ru xəbər portalına müsahibəsində vilayətin qubernatoru Aleksandr Jilkin deyib.

Qubernatorun sözlərinə görə, bu, xarici ticarət əlaqələrinin genişlənməsinə, dövriyyənin artmasına səbəb olacaq. "Bizim üçün hər bir Xəzəryanı ölkədə istehsal olunan məhsul əhəmiyyətlidir. Söhbət sənaye məhsullarından, meyvə-tərəvəzdən və sair məhsullardan gedir. Əminəm ki, bu cür addımlar xarici ticarət dövriyyəmizin artırılmasına kömək edəcək", - deyə qubernator bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR