Azərbaycanda 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən ata və gəlinə hökm oxunub

Azərbaycanda 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən ata və gəlinə hökm oxunub
# 25 aprel 2016 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə H. Əliyev 14 il, Y. Ərəbova 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. Aparılan araşdırmalar zamanı məlum olub ki, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR