AXCP sədrinin müşavirinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

AXCP sədrinin müşavirinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 29 aprel 2016 11:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında M. İbrahimin vəkili Fariz Namazlı müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması və prosesin istintaqla aparılması barədə vəsatətlər verib. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Proses mayın 13-də davam edəcək.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə M. İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə ötən il sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR