Dövlət torpaqlarından səmərəli istifadə etməyən 156 şəxs cərimələnib

Dövlət torpaqlarından səmərəli istifadə etməyən 156 şəxs cərimələnib
# 26 fevral 2016 10:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ildə 500-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib. Əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 800 obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılıb, 400-ə yaxın icarə müqaviləsi ləğv edilib. Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Eyni zamanda icarə haqlarını ödəməyən 170-dən çox qeyri-yaşayış sahəsinin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 50-dən çox iddia ərizəsi göndərilib və bununla bağlı müvafiq məhkəmə qərarları qəbul edilib.

Hesabat ilində dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb, daxil olmuş hesabatlar təhlil edilib, 156 şəxs barədə inzibati protokol tətbiq edilərək 152 min manatdan çox cərimə tətbiq edilməsi barədə qərar qəbul edilib, təqsirkar şəxslərə xəbərdarlıq (bildiriş) verilib. Həmin hallarla bağlı müvafiq rayon (şəhər) icra hakimiyyətlərinə və rayon polis idarələrinə məktublar göndərilib.

Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 320-yə yaxın icarə müqaviləsi bağlanılıb. Əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 50-yə yaxın obyekt üzrə icarə müqavilələrinin müddəti uzadılmış və müxtəlif səbəblərdən 270-ə yaxın çox icarə müqaviləsinə xitam verilib. Eyni zamanda icarə haqlarını vaxtında ödəməyən icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İcarə haqqını ödəməyən icarəçilər barədə məhkəmələrə iddia ərizəsi göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR