Oya Ergün Bakıda növbəti konsert proqramı ilə çıxış edib

Oya Ergün Bakıda növbəti konsert proqramı ilə çıxış edib
# 07 dekabr 2015 06:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türk opera sənətçisi Oya Ergün Bakıda növbəti konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, “Barok Musiqidə Aşk və Yeni il” adlanan konsert proqramı Alman Kapelhaus konsert zalında baş tutub.

Amsterdam Konservatoriyasının məzunu olan soprano ifaçı dinləyicilərə Bax, Handel, Skarletti, Korelli və Cesti kimi bəstəkarların əsərlərini təqdim edib.

İfaçını pianoçu Nərgiz Əliyevanın rəhbərliyi etdiyi trio (piano, violenço və skripka) müşayiət edib. Konsert proqramında qonaq sənətçi qismində səhnəyə azərbaycanlı tenor İlham Nəzərov çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR