Əli Hüseynli: “Venesiya Komissiyasının “Diffamasiya haqqında” qanuna mənfi rəy verməsinin səbəbi məlum deyil”

Əli Hüseynli: “Venesiya Komissiyasının “Diffamasiya haqqında” qanuna mənfi rəy verməsinin səbəbi məlum deyil”
# 31 may 2016 09:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində “Diffamasiya və böhtan: Azərbaycanın müvafiq qanunvericiliyinə baxış” mövzusunda sessiya təşkil olunub.

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2011-ci ildə Azərbaycanın Venesiya Komissiyasına təqdim etdiyi “Diffamasyia haqqında” qanuna verdiyi rəy müsbət olmayıb: “Ancaq məlum olmadı ki, Venesiya Komissiyası nə üçün mənfi rəy verdi və bu işlər dayandırıldı. O vaxt üç ölkə “Diffamasiya haqqında” qanun qəbul etmişdi. Avropa ölkələrinin bir çoxu, o cümlədən Fransa bunu qəbul etməmişdi”.

Ə. Hüseynli qeyd edib ki, “Diffamasiya haqqında” qanunun mahiyyəti Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dekriminalizasiya edilməməsi ilə bağlı olub: “Bu gün də biz bu mövqedəyik. Biz prinsipcə qanunun qəbulunun əleyhinə olmamımışıq. Yeganə mövqeyimiz o olub ki, bunu Cinayət Məcəlləsini dekriminalizasiya etmədən həyata keçirək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR