Tərtər Hərbi Məhkəməsinin hakimi yeni təyinat alıb

Tərtər Hərbi Məhkəməsinin hakimi yeni təyinat alıb
# 23 iyun 2016 19:03 (UTC +04:00)

Bakı-APA. Tərtər Hərbi Məhkəməsinin hakiminin iş yeri dəyişdirilib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınaraq, Elbəy Hidayət oğlu Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR