İraqda ağır qəza nəticəsində 17 nəfər ölüb

İraqda ağır qəza nəticəsində 17 nəfər ölüb
# 10 iyul 2016 02:11 (UTC +04:00)

Bakı-APA. İraqın Vasit əyalətindəki Əl-Kut şəhərində baş vermiş ağır yol qəzası nəticəsində qadın və uşaqlar daxil olmaqla 17 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, KİA markalı avtobus yaranan nasazlıq səbəbindən idarəetməni itirib və yoldan çıxaraq, taksi olan minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində taksidə olan 5 nəfər, avtobusda olanlardan isə 4-ü qadın və üçü uşaq olmaqa 12 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR