Masallıda 60 il öncə tikilmiş fərdi ev uçub - VİDEO

Masallıda 60 il öncə tikilmiş fərdi ev uçub - <span style="color: red;">VİDEO
# 12 noyabr 2015 15:29 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda 60 il öncə tikilmiş fərdi yaşayış evi uçub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollaoba kəndində 47 yaşlı Əvəz Ağabala oğlu Baxşıyevə məxsus evdə qeydə alınıb. Son günlərin intensiv yağıntıları səbəbindən evin bir hissəsi uçaraq yaşayış üçün yararsız vəziyyətə düşüb. Hadisə baş verən zaman evin sakinləri digər otaqda olduqlarından xəsarət alan olmayıb.

Hazırda 6 nəfərlik ailə müvəqqəti olaraq qohumlarının yanında məskunlaşıblar.

Faktla bağlı rayonun müvafiq qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR