İyulda “ASAN xidmət” mərkəzlərində qazla bağlı 6978 müraciət öz həllini tapıb

İyulda “ASAN xidmət” mərkəzlərində qazla bağlı 6978 müraciət öz həllini tapıb
# 08 avqust 2016 08:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin iyul ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 6978 müraciət daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR