Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq
# 08 avqust 2015 13:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı ilə birgə əməkdaşlıqla bağlı layihə hazırlanır.

“Şeyx Sənan” faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq.

Layihə çərçivəsində tamaşanın ilk nümayişi Bakıda, sonra Tiflisdə olacaq.

Teatrdan bildiriblər ki, əsərin birinci hissəsində hadisələr Bakıda, ikinci hissəsində isə Tiflisdə baş verir. Ona görə birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR