Business Insight: Bakı sakinlərinin əksəriyyəti daha çox “Unibank”a etibar edir - FOTO

Business Insight: Bakı sakinlərinin əksəriyyəti daha çox “Unibank”a etibar edir - <span style="color: red;">FOTO
# 03 iyun 2015 13:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Business Insight” Beynəlxalq Araşdırma qrupu Bakı sakinlərinin daha çox hansı banka etibar etdiyini müəyyənləşdirmək üçün sorğu keçirib.

“Unibank”dan “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan banklarından ən çox hansı banka etibar edirsiniz?” sualına paytaxt əhalisinin əksəriyyəti “Unibank” cavabını verib. Ölkə bankları içərisində kredit məhsullarına görə daha çox əlçatan bank hansıdır sualına da Bakı sakinlərinin çoxu “Unibank” deyiblər.

Sorğuda iştirak edən əksər respondentlər, “Pul vəsaitinə ehtiyac olan zaman yardımçı bank olaraq hansı bankın adını qeyd edə bilərsiniz?” sualına cavab olaraq “Unibank”ı seçiblər. Əmanət xidmətləri üzrə cəlbedici banklar sırasında da “Unibank” sakinlərin seçdiyi ilk banklar sırasındadır.

Qeyd edək ki, Business Insight şirkətinin sorğusu paytaxtın 11 rayonunun 700-dən artıq sakini arasında keçirilib. Sorğu 18-65 yaş arası respondentlər arasında aparılıb.

“Ölkənin qabaqcıl banklarından biri olan “Unibank”ın maliyyə bazarında rolu dəfələrlə bir çox beynəlxalq maliyyə institutları və KİV tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. “Unibank” həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb”, -deyə məlumatda vurğulanır.

Hazırda baş ofis də daxil olmaqla, “Unibank” 40 filialı ilə müştərilərin xidmətindədir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR