“Əl-Qaidə” Malidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

“Əl-Qaidə” Malidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 02 iyul 2015 22:12 (UTC +04:00)

Bakı-APA. “Əl-Qaidə” terror təşkilatı Malidə BMT-nin konvoyuna edilmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Qundam şəhəri yaxınlığında baş verən insident nəticəsində 6 sülhməramlı ölüb, daha 6-sı ağır yaralanıb.

BMT Malidəki sülhməramlı missiyanı ən təhlükəli hesab edir. 2013-cü ildən etibarən bu ölkədə 30 BMT əməkdaşı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR