Baş həkim:"Tahir Əkbər əməliyyat olunmalıdır"

Baş həkim:"Tahir Əkbər əməliyyat olunmalıdır"
# 10 sentyabr 2015 08:46 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov deyib.

Onun sözlərinə görə, hazırda əməliyyat üçün hazırlıqlar, müayinələr aparılır: “Tahir Əkbərin ürəyində də problemlər var. Kardioloq icazə versə, əməliyyat olunacaq. Diaqnoz ikitərəfli xroniki baş-beyin substral hematomadır. Əməliyyat vacibdir. Vəziyyətindən asılı olaraq, ən azı bir həftə, on gün xəstəxanada yatmalıdır”.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər sentyabrın 9-da Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR