"Petkim Holding"in səhmləri yenidən satışa çıxarılır

"Petkim Holding"in səhmləri yenidən satışa çıxarılır
# 24 iyun 2015 11:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki tərəmə şirkəti olan “SOCAR Türkiye Enerji”nin aktivi olan "Petkim Holding"in səhmlərinin bir hissəsini yenidən satacaq.

"APA-Economics"in Türkiyənin "Dəniz" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, SOCAR artıq bununla bağlı yaxın günlərdə İstanbul Birjasına müraciət edəcək.

"SOCAR Energy Turkey"in açıqlamasında bildirilir ki, şirkət iyunun 26-da və ya sonrakı günlərdə əsas pay sahibi olduğu "Petkim" Holdinqinin iyunun 8-də satılmasını ləğv etdiyi hissələrinin satışı üçün İstanbul Birjasına müraciət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR