Xroniki alkoqoliklər  və narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi proseduru dəqiqləşdirilib

Xroniki alkoqoliklər  və narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi proseduru dəqiqləşdirilib
# 05 mart 2015 04:36 (UTC +04:00)

APA-nın məlumatına görə, Əsasnamə xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimini, normativlərini və müalicə qaydalarını müəyyən edir.

Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, cəzaçəkmə müəssisələrindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan xroniki alkoqoliklərin və narkomanların, habelə cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi üçün Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələri (İTM) fəaliyyət göstərir. Altı aylıq müalicədən sonra müalicə uğurlu olarsa, tibbi rəyə əsasən müəssisədə olan şəxsin müalicə müddəti yarı müddətdən çox olmayaraq qısaldılır, müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə göndərilir və qərar əsasında xəstə evə buraxılır. İTM-ə təkrar göndərilmiş şəxslərə müddətin qısaldılması tətbiq olunmur (müstəsna hallardan başqa). İndiyə qədər narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi müalicədən vaxtından əvvəl azad edilə bilərdilər.

Əsasnaməyə edilən dəyişiklik də məcburi müalicədən vaxtından əvvəl azad edilməsi ilə bağlı bu şərtin qəti olaraq müəyyən edilməsi bağlıdır. Başqa sözlə, bundan sonra narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR