Tovuzda iki qadını ilan sancıb

Tovuzda iki qadını ilan sancıb
# 20 iyun 2015 09:47 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə rayonun Düz Qırıqlı kənd sakini, 1976-cı il təvəllüdlü Xəyalə Tanrıverdiyeva sol əlin ilan sancması yarası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Respublika Toksikologiya Mərkəzinə göndəriləcək. Məlumata görə, X. Tanrıverdiyeva əkin sahəsində işləyərkən ilan onu sancıb.

Digər ilan sancma hadisəsi isə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Sveta Poladova da təsərrüfatında işləyərkən ilan onun sol ayağından sancıb. Xəstəxanaya yerləşdirilən 45 yaşlı qadının vəziyyətinin normal olduğu bildirilir.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, son bir ayda rayonda 7 nəfəri ilan sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR