Doğu Perinçek: «Beynəlxalq imperializmin daşnaklara dəstək verməsinə son qoyulmalıdır»

Doğu Perinçek: «Beynəlxalq imperializmin daşnaklara dəstək verməsinə son qoyulmalıdır»
# 28 fevral 2015 23:41 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Beynəlxalq imperializm daşnaklara dəstək verməsinə son qoyulmalıdır. Bu sözləri APA-nın Türkiyədəki müxbirinə açıqlamasında Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek deyib. Suriya prezidenti Bəşər Əsəd ilə görüşmək üçün Vətən Partiyası heyəti ilə Dəməşqə yola düşməzdən əvvəl İstanbul aeroportunda keçirdiyi mətbuat konfransında APA-nın “1980-ci illərin axırlarından başlayaraq, Suriya mənşəli erməni terrorçu qrupları Azərbaycan torpaqlarına erməni təcavüzündə iştirak ediblər. Suriyada vətəndaş müharibəsi başlayandan sonra da ölkəni tərk edən erməni qruplarının Azərbaycanın işğal altındakı torpaqlarına yerləşdirildiyi bildirilməkdədir. Prezident Əsəd və Suriyanın digər rəsmi şəxsləri ilə görüşlərinizdə bu problemi gündəmə gətirəcəksinizmi?”- sualına Doğu Perinçek bu şəkildə cavab verib: “Əlbəttə ki, gündəmə gətirəcəyik. Əsas məsələ beynəlxalq imperializmin daşnaklara dəstəyinə son qoyulmasına nail olmaqdır. Çünki beynəlxalq imperializm türk millətinə qarşı daşnaklardan istifadə edir. Bunun ən böyük zərərini isə Ermənistan görür. Azərbaycan bizim can qardaşımız olan ölkə, Suriya isə bizimlə cəbhə olan ölkədir. Ona görə də beynəlxalq imperializmin bölgədəki planlarına qarşı hamımız qüvvələrimizi birləşdirməliyik. Soruşduğunuz məsələni gündəmə gətirib hamımız üçün şad xəbərlərlə dönəcəyimizə əmin ola bilərsiniz”.

Vətən Partiyası heyətinin martın 3-də Suriyadan Türkiyəyə qayıtması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR