Avro Azərbaycan manatına nəzərən ucuzlaşıb, dolların məzənnəsi dəyişməyib

Avro Azərbaycan manatına nəzərən ucuzlaşıb, dolların məzənnəsi dəyişməyib
# 30 mart 2015 06:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün martın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 1,0484 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0021 manat və ya 0,18% ucuzlaşaraq 1,1395 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR