Azərbaycana ət məhsulları ixrac edəcək Rusiya şirkətlərinin siyahısı hazırlanır

Azərbaycana ət məhsulları ixrac edəcək Rusiya şirkətlərinin siyahısı hazırlanır
# 18 iyun 2015 09:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiya Federasiyasını Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan, Türkiyə və İrana ət tədarükü edəcək şirkətlərin siyahısını hazırlayıb.

"APA-Economics"in qurumun saytına istinadən verdiyi məlumata görə, Rusiyanın mal, qoyun və toyuq əti istehsalı ilə məşğul olan müəssisələrində müvafiq yoxlamaların aparılması ilə bağlı Azərbaycan, Türkiyə və İranın baytarlıq xidmətləri ilə ilkin razılıq əldə olunub.

Hazırda Federal Xidmət potensial ixracatçıların siyahısını hazırlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR