“Lufthansa” hava yolları pilotlarının tətili nəticəsində 18 minə yaxın sərnişin zərər çəkəcək

“Lufthansa” hava yolları pilotlarının tətili nəticəsində 18 minə yaxın sərnişin zərər çəkəcək
# 19 mart 2015 14:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Lufthansa” hava yollarının pilotlarının tətili nəticəsində 18 minə yaxın sərnişin zərər çəkəcək.

APA-Economics” “Ria Novosti”yə istinadən xəbər verir ki, martın 18-i başlayan tətil bu gün də davam edir. Almaniya pilotlarının həmkarlar ittifaqının elan etdiyi tətilə səbəb işəgötürənlərlə pilotlar arasındakı tarif mübahisəsinin uzanmasıdır.

“Düşünürük ki, elan olunmuş uçuşların planını olduğu kimi saxlaya bilərik. Çərşənbə günü tətilə görə təxirə salınmış yaxın və orta məsafəli uçuşlar plana uyğun olaraq cümə axşamı günü həyata keçirilməlidir”, - deyə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, martın 18-də tətilə görə 1400 aviareysdən 9-u Rusiyaya olmaqla, təxminən 750-si təxirə salınıb. Başqa sözlə, “Lufthansa”nın bütün Almaniya üzrə həyata keçirdiyi yaxın və orta məsafəli uçuşlar təxirə salınıb. Tətilə, həmçinin, “Lufthansa”nın törəmə şirkəti olan “Lufthansa Cargo”nun əməkdaşları da qoşulub. “Germanwings” və “Eurowings” törəmə şirkətləri isə etirazda iştirak etmədiklərindən onların uçuşlarında heç bir problem yaranmayıb.

Tətilin martın 20-nə qədər davam edəcəyi güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR