Ukrayna və Yunanıstan təmsilçiləri ölkələrində böyük idman tədbirləri zamanı korrupsiyaya yol verilməsindən danışıblar

Ukrayna və Yunanıstan təmsilçiləri ölkələrində böyük idman tədbirləri zamanı korrupsiyaya yol verilməsindən danışıblar
# 13 iyun 2015 10:08 (UTC +04:00)

APA-nın məlumatına görə, Lüksemburqun idman naziri Romain Şneyder deyib ki, idman yarışlarında xərclər mühümdür, ancaq idman yarışları zamanı infrastrukturun inkişafı, könüllülük hərəkatının inkişafı mühümdür. O xatırladıb ki, Lüksemburq 2015-ci ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək.

Ukraynanın idman naziri İqor Jdanov ölkəsində idmanın inkişafına investisiyalar cəlb olunmasını zəruri sayıb: “Biz idmanın inkişafı ilə bağlı sovet modelindən imtina etməyi qərara almışıq. Nazirlik idman sahəsində tənzimləyici rol oynayır, milli komandalar üçün təlimlər keçirilir. Ukrayna milli federasiyaların müstəqilliyini artırmağa çalışır. Biz təlimçi peşəsini mütləq təşviq etməliyik. Beynəlxalq idman yarışlarında iştirak etmək üçün inkişaf vacibdir. Burada dövlət tərəfindən verilən vəsaitlərin şəffaf istifadəsi mühümdür. Ukrayna böyük idman yarışlarının keçirilməsində maraqlıdır, “Avro-2012” ölkəmizdə keçirilib. Bu tədbir Ukrayna şəhərlərinin Avropada cəlbediciliyini artırıb, investisiyaların cəlbində mühüm rol oynayıb. Ancaq idman obyektlərinin tikilməsi zamanı korrupsiya halları mənfi hal kimi yadda qalıb. Korrupsiya bütövlükdə ölkənin imicinə mənfi təsir göstərir. Bu korrupsiya elementinə görə bəzi idman qurğuları yaxşı tikilməyib. Ölkəmizdəki vəziyyətə baxmayaraq, Ukrayna dünyanın 20 idman ölkəsi arasındadır”.

Portuqaliyanın gənclər və idman naziri Emidio Guerreiro idman yarışlarının turizmin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Yunanıstanın mədəniyyət, təhsil və din işləri üzrə nazir müavini Stavros Kontonis isə ölkəsində əvvəlki idman tədbirlərində sosial davamlılığa yetərincə diqqət yetirilmədiyini söyləyib: “Mən 2004-cü ildə Yunanıstanda keçirilən Olimpiya Oyunlarını nəzərdə tuturam. Bu Oyunlar zamanı idman obyektlərinin tikintisində böyük korrupsiya halları olub. Hazırkı maliyyə böhranının səbəblərindən biri idman obyektlərinin tikintisi zamanı baş vermiş korrupsiya və bütövlükdə Olimpiya Oyunlarına çəkilmiş xərclərlə bağlıdır. Yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi zamanı qaydalara əməl olunmayıb. Populyar olmayan idman növləri üçün obyektlərin tikintisi israfçılıq olub. Olimpiya Oyunları ilə bağlı ilkin büdcə 11,27 milyard dollar olub, sonra artırılaraq 20 milyard dolları keçib. Tikilən idman strukturları idmançılara və cəmiyyətə xidmət etməyib. Sonradan bu obyektlərin çoxundan digər məqsədlər üçün istifadə etmək mümkün olmayıb, saxlama xərcləri də böyükdür. Hazırda bu obyektlərdə böyük enerji sərf olunur, onların təhlükəsizliyinin qorunması da əlavə problemdir”.

Stavros Kontonis Olimpiya Oyunlarının müsbət cəhəti kimi Yunanıstan mədəniyyətinin tanıdılmasındakı rolunu vurğulayıb.

Fransanın idman məsələləri üzrə dövlət katibi Brilliard Tierry böyük idman yarıları zamanı ciddi nəzarət və qiymətləndirməni zəruri sayıb: “Avropa Şurasına tövsiyə edərdik ki, gələcəkdə də belə tədbirlər keçirsin və böyük idman yarışlarında sosial davamlılıq təmin olunsun. İri miqyaslı idman tədbiri keçirəcək ölkələr bütün aspektlərə diqqət yetirməlidir ”.

Gürcüstanın Gənclər və İdman Nazirliyinin departament rəhbərinin müavini Tariel Keçikaşvili böyük idman yarışları zamanı əsas diqqəti turizm sahəsinə yönəltməyə çalışdıqlarını bildirib: “Gürcüstanda idman obyektləri çatışmır. Biz böyük yarışlar üçün əhaliyə sonradan xidmət edəcək obyektlər tikməyə üstünlük verəcəyik. Məsələn, Olimpiya kəndində tikiləcək evlər sonradan köçkünlərə paylanacaq”.

Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycana təşəkkür edən Kiprin İdman Təşkilatının sədri Clea Hadjistephanou böyük idman yarışları zamanı səlis planlamanın önəmli olduğunu qeyd edib: “İlk növbədə çalışmaq lazımdır ki, belə böyük tədbirlər ölkədə insanların həyatına mənfi təsir etməsin. Kiçik ölkə olduğumuz üçün böyük idman tədbirlərini təşkil edə bilmirik. Ancaq buna baxmayaraq, gənclər arasında avarçəkmə üzrə çempionat, çimərlik voleybolu təşkil etmişik. Bu tədbirlərin təşkil olunması idman federasiyaları, özəl sektor və hökumət arasında əməkdaşlıq şəraitində həyata keçirilib. Strateji planlaşdırma bütün tədbirlərdə həyata keçirilməlidir. Burada qərarların qəbulu proseduru mühümdür və qərarların qəbulu üçün müvafiq qaydalar, monitorinq proseduru yaradılmalıdır. Beləliklə, sosial davamlılığa nail olmaq olar”.

Finlandiyanın İdman, Təhsil və Mədəniyyət Nazirliyinin idman üzrə direktoru Harri Syvasalmi Helsinki Olimpiya Oyunlarının müsbət nəticəsini hələ də hiss etdiklərini vurğulayıb: “Bu idman yarışları Finlandiyanın dünyanın tanıdılmasında böyük rol oynayıb, idman obyektlərindən hələ də istifadə edilir. Ancaq son zamanlar pis idarəçilik halları ilə də qarşılaşırıq. Sadəcə, dövlət hakimiyyətinin atdığı addımlar nəticəsində sponsorlar investisiya yatırmaqdan qaçırlar. Dünən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qeyd etdiyi kimi, idmançılara yarışlarda iştirak etmək üçün bərabər şərait yaradılmalıdır. Digər tərəfdən, idmançıların hüquqlarından istifadə edərək davamlı siyasətin həyata keçirilməsinə göz yummaq olmaz. İdman yarışları ilə bağlı etik qaydalar yaradılmalıdır”.

Birinci Avropa Oyunlarının açılışında iştirak etməkdən şad olduğunu söyləyən EPAS Məşvərət Komitəsinin sədri Sara Dekariye deyib ki, böyük idman tədbirləri zamanı sosial davamlılığa nail olmaq üçün dövlət qurumları və idman təşkilatları arasında əməkdaşlığa nail olmaq vacibdir: “İdman yarışları gözəl şoulardır, ancaq bu yarışların ümumiyyətlə, cəmiyyətə təsiri müsbət olmalıdır. İdman dözümlülük və sosial yaxınlaşma baxımından çox mühümdür. Yerli səviyyədə QHT-lər də belə idman yarışlarına hazırlığa cəlb olunmalıdır. İstərdim ki, dövlətlər vətəndaş cəmiyyəti nümayəndələrini böyük idman yarışlarının hazırlanmasına cəlb etsinlər”.

EPAS icraçı direktoru Stanislav Frossard əsas məqsədlərinin idman sahəsində müəyyən tövsiyələrin qəbul edilməsi olduğunu qeyd edib: “Mqrantlar üçün idman sahəsində tövsiyənin qəbul edilməsi mümkün ola bilər. Miqrantlar üçün nəşr üzərində də işləyirik. Yaxşı standartlar monitorinq altında olmalıdır. EPAS-dan gözlənti odur ki, idman siyasəti ilə bağlı təklifləri dinləyək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR