TANAP layihəsinə daha altı şirkət cəlb olunub

TANAP layihəsinə daha altı şirkət cəlb olunub
# 23 iyun 2015 11:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinin dənizdən keçən hissəsində boru xəttinin və fiber optik kabel mühəndisliyi, satınalma və inşaat işlərini həyata keçirəcək şirkətlərin adları məlum olub.

Bu barədə "APA-Economics" TANAP-ın rəsmi saytına istinadən məlumat yayıb.

Məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” yataqlarından çıxarılan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql edəcək TANAP-ın inşaat işlərini 6 şirkət və müştərək firma həyata keçirəcək.

Bu şirkətlərin arasında “Micoperi S.r.l.”, “MRTS-Fernas İnşaat AŞ Joint Venture”, “Saipem S.p.A”, “Swiber Offshore Construction PTE LTD”, “TL Offshore Sdn. Bhd. (a Sapura Kencana Petroleum Group Company) və “Valentine Maritime LTD Honeywell AŞ” adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR