Bakıda yataqxanada yanğın baş verib

Bakıda yataqxanada yanğın baş verib
# 02 mart 2015 15:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yataqxanada yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində quraşdırılan 7 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR