Malayziyada helikopter qəzaya uğrayıb, 6 nəfər ölüb

Malayziyada helikopter qəzaya uğrayıb, 6 nəfər ölüb
# 04 aprel 2015 18:05 (UTC +04:00)

Bakı-APA. Malayziyanın Kacanq şəhərində sərnişin helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident zamanı Malayziyanın baş nazirinin köməkçisi Azlin Alias və sabiq Elm, texnologiya və innovasiya naziri, ölkə parlamentinin deputatı Camaluddin Carcis həlak olublar.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR