BQXK-nin iki əməkdaşı Yəməndə güllələnib

BQXK-nin iki əməkdaşı Yəməndə güllələnib
# 02 sentyabr 2015 12:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Yəmənin şimalında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki əməkdaşı güllələnib. APA-nın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb. “Bizim əməkdaşlardan ikisi Sənaya gedən yolda avtomobildə ölü tapılıblar”, - deyə BQXK-nin nümayəndəsi açıqlama verib.

Hadisə Amran vilayətində baş verib. Hücum təşkil edənlərin kimliyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR