Milli çempionatlarda ən az və çox qol buraxan komandaların siyahısı açıqlanıb

Milli çempionatlarda ən az və çox qol buraxan komandaların siyahısı açıqlanıb
# 07 aprel 2015 08:00 (UTC +04:00)

Bakı – APA. Dünya ölkələrinin milli çempionatlarında ən az və çox qol buraxan komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 25 oyununda 12 top buraxan “İnter” ən etibarlı müdafiəyə malik komandalar sırasında yer alıb.

Hər matçda orta hesabla 0,48 top buraxan bakılılar Almaniya “Bavariya”sı, Şotlandiya “Seltik”i və Albaniya “Skenderbeu”su ilə eyni göstəriciyə malikdi. Bu klublar dünyada 14-17-ci pillələrdə qərarlaşıb.

Ən yaxşı nəticə isə “Fehervar”a məxsusdu. Macarıstan çempionatında 22 qarşılaşmada 8 top buraxan komandanın orta göstəricisi 0,36-dı. Kiyev “Dinamo”su 0,39, Moldova “Milsami”si 0,40-lıq göstərici ilə ilk “üçlük”dsədi.

Ən çox buraxanlar siyahısında isə Xorvatiya təmsilçisi “Pomoraç” hamıdan “öndədi”. 11 matçda 46 qol buraxan komandanın orta göstəricisi 4,18-ə bərabərdi. Azərbaycan çempionatının ən bərbad müdafiə xəttinə malik “Bakı” xorvatiyalılara baxıb. Təsəlli tapa bilər. Paytaxtın eyni adlı təmsilçisi 25 matçda 56 top buraxıb. “Bakı”nın orta göstəricisi 2,24-dü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR