Şamaxıda iki avtomobil toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Şamaxıda iki avtomobil toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 14 avqust 2015 14:10 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 124-cü kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. Bakı sakini, 1961-ci il təvəllüdlü Mikayılov Kamil Xasay oğlunun idarə etdiyi 10-PK-535 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “Chevrolite Aveo” markalı avtomobillə toqquşub. “VAZ 2106”nın sürücüsü Kamil Mikayılov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. “Chevrolite Aveo”nun sürücüsü isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR