Con Kerri Rusiya rəhbərliyini Boris Nemtsovun qətlini araşdırmağa və cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb

Con Kerri Rusiya rəhbərliyini Boris Nemtsovun qətlini araşdırmağa və cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb
# 28 fevral 2015 08:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

ABŞ dövlət katibi Con Kerri vaxtilə Rusiyan baş nazirinin müavini olmuş B. Nemtsovun qətlindən çox təsirləndiyini və kədərləndiyini bildirib. “Boris Nemtsov həyatını demokratik, çiçəklənən, açıq Rusiyaya həsr edib. O, Birləşmiş Ştatlar da daxil olmaqla, Rusiyanın tərəfdaş və qonşu ölkələrlə güclü münasibətlər qurmasını istəyirdi. B. Nemtsov bir çox vəzifələrdə çalışıb. Bütün vəzifələrdə o, islahatlar həyata keçirən Rusiya üçün çalışıb. Nemtsovun yoxluğu Rusiyada və bütün dünyada hiss olunacaq”,- deyə Con Kerrinin müraciətində deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR